“Qarabağ”dan böyükhesablı qələbə

“Qarabağ”dan böyükhesablı qələbə

Azərbaycan kubokunda yarımfinal mərhələsinə yekun vurulub. İlk matçda 4:0 hesabı ilə qələbə qazanan “Qarabağ” “Neftçi”ni qəbul edib.

Görüş meydan sahiblərinin üstünlüyü ilə keçib. Hesab erkən açılıb. Olavio Juninyo fərqlənib. İkinci yarının startında Qara Qarayev avtoqol müəllifi olub. Çox keçmədən, Reziuan Mirzov fərqi minimuma endirib. Lakin “Qarabağ” daha 2 qol vurub. Öncə Juninyo dublunu rəsmiləşdirib, ardından Nəriman Axundzadə yekun nəticəni müəyyənləşdirib – 4:1.

Qeyd edək ki, “Qarabağ”ın finaldakı rəqibi “Zirə” olacaq.

ETOPAZ

Əvvəlki yazı

“Zirə” ölkə kubokunun finalında

Növbəti yazı

Mendinin durumuna aydınlıq gəldi