“Zirə” ölkə kubokunun finalında

“Zirə” ölkə kubokunun finalında

Azərbaycan kubokunda yarımfinal mərhələsinə yekun vurulur. Bu gün cavab matçları keçirilir.

“Qəbələ” “Zirə”ni qəbul edib. İlk oyunda 2:1 hesablı qələbəyə sevinən “qartallar” bu görüşə də fəal başlayıb. Qonaqlar ikinci yarıda vurduğu iki cavabsız qolla finala yüksəlib. Komandanın toplarının müəllifləri Vladislav Kulaç və Rafael Utziq olub.

Qeyd edək ki, “Zirə”nin həlledici matçdakı rəqibinin adına “Qarabağ” – “Neftçi” oyununda aydınlıq gələcək.

ETOPAZ

Əvvəlki yazı

Mirançuk İtaliya klublarının hədəfində

Növbəti yazı

“Qarabağ”dan böyükhesablı qələbə