Sürpriz kupon – 06.05.2024
“Lill” – “Lion” QOL/QOL
“Lion” avrokuboklara vəsiqə uğrunda mübarizə aparır. “Lill” isə bu matçda qalib gəlsə Çempionlar Liqasının qrup mərhələsinə birbaşa vəsiqə verən üçüncü yerə yükaələ bilər. Bu səbəbdən komandalar çətin ki, müdafiə futbolu sərgiləyə. Belədə hər iki rəqibin fərqlənmək şansları yüksəkdi.
“Konyaspor” – “Fənərbaxça”
Fora: “Fənərbaxça” (-1)
“Fənərbaxça” çempionluq mübarizəsində xal itirmək limitini demək olar bitirib. Zəif qarşılaşmada qonaqlardan inamlı qələbə gözləyirəm. İlk dövrədə “fənər” 7:1 hesabı ilə darmadağın etdiyi rəqibi bu dəfə də fərqli yenməlidi.
“Antalyaspor” – “Pendikspor” 1
Müxtəlif məqsədlər uğrubda mübarizə aparan komandaların mücadiləsi böyük maraqla gözlənilir. ETOPAZ daha güclü meydan sahiblərinin qələbəsinə cəlbedici əmsal verir. “Antalyaspor”un gərgin mübarizədən qalib çıxacağını proqnozlaşdırıram.