Alaba rekordun bir addımlığında

Alaba rekordun bir addımlığında

David Alaba karyerasında 12-ci dəfə “Böyük beşlik” liqasının çempionu olub. O, bu uğurunu “Real”ın heyətində La Liqada gerçəkləşdirib.

Alaba 10 dəfə Almaniya, iki dəfə İspaniya çempionu titulunu qazanıb. “Bavariya” və “Real”dakı zəfərlərlə David “Böyük beşlik” rekorduna yaxınlaşıb.

“Top-5”də ən çox çempion olan Rayan Qiqqzdir. Uelsli “Mançester Yunayted”lə 13 dəfə İngiltərə çempionu adını qazanıb.

Fransisko Xento (hamısı “Real”da), Kinqsli Koman (“Bavariya”da 8, “Yuventus”la PSJ-nin hərəsində 2), Tomas Müller (hamısı “Bavariya”da), Lionel Messi (“Barselona”da 10, PSJ-də 2) də 12 dəfə çempion olub.

ETOPAZ

Əvvəlki yazı

“Atletiko” hücumçusunu satır

Növbəti yazı

De Liqt zədədən qayıtdı