Sürpriz kupon – 08.12.2021
“Zalsburq” – “Sevilya” – 2 [nowbetnow-dynamic dyn_code=904]
Gecənin “ölüm-dirim” xarakterli oyunlarından biri. “Sevilya”ya qrupdan çıxmaq üçün mütləq qələbə lazımdır. “Zalsburq”u isə 1 xal da qane edir. Tərəflər arasında indiyədək baş tutan 3 görüşün ikisində sevilyalılar qalib gəlib, bir oyunda heç-heçə qeydə alınıb. Hər iki komandanın heyətində ciddi itkilər olsa da, fikrimcə, “Sevilya” həlledici oyundan qalib ayrılacaq.
“Atalanta” – “Villareal” – 1 [nowbetnow-dynamic dyn_code=905]
“Atalanta”nı pley-off mərhələsinə yalnız qələbə çıxaracaq. Düzdür, “Villareal” da 1/8 finalı hədəfləyib. Amma fikrimcə, Qasperininin komandası ispanları məğlub edə biləcək.
“Benfika” – “Dinamo Kiyev” – YOX/QOL [nowbetnow-dynamic dyn_code=906]
Bu komandalar arasında indiyədək ÇL-də baş tutan 5 matçın heç birində qarşılıqlı qollar qeydə alınmayıb. Fikrimcə, bu dəfə də “Benfika” qol buraxmadan qalib gələcək. 5 oyuna cəmi 1 qol vuran “Dinamo”nun Portuqaliyada rəqib qapısına yol tapacağına inanmıram.