Günün kuponu – 08.12.2021
“Benfika” – “Dinamo Kiyev” – 1 [nowbetnow-dynamic dyn_code=901]
Turnir cədvəli hər şeyi deyir: cəmi 1 xalı olan kiyevlilərin hətta qrupda 3-cü yeri tutmaq şansı belə qalmayıb. “Benfika” isə bu oyunda qalib gəlməklə 2-ci sıranı “Barselona”dan ala bilər, bir şərtlə ki, katalonlar Münhendə qrup lideri “Bavariya” ilə görüşdə 3 xal qazanmasın. Elə bu stimul da “Benfika”nı “Dinamo” ilə oyunda qələbəyə aparacaq.
“Atalanta” – “Villareal” – 2,5 ÜST [nowbetnow-dynamic dyn_code=902]
İlk dövrədə olduğu kimi tərəflərin 2-ci görüşünün də 2,5 üst bitəcəyini düşünürəm. Nəticə hər iki komanda üçün çox vacibdir. “Villareal”ı 1 xal, “Atalanta” isə yalnız qələbə qane edir. Hücum futbolu izləyəcəyimizə şübhə etmirəm, bu səbəbdən 2,5 üst variantını daha real sayıram.
“Yuventus” – “Malmö” – 1 [nowbetnow-dynamic dyn_code=903]
Cəmi 1 xalı olan “Malmö” üçün qrupda bütün hədəflər vaxtından əvvəl bitib. “Yuventus” isə pley-offa qrup lideri kimi çıxmaq üçün qalib gəlməli və hazırda 1-ci pillədə olan “Çelsi”nin Piter səfərində xal itirməsinə ümid etməlidir. Məncə, “Yuventus” öz üzərinə düşəni edəcək, qalır “Zenit” – “Çelsi” matçının nəticəsi…