Mbappedən rekord

Mbappedən rekord

PSJ-nin futbolçusu Kilian Mbappe Çempionlar Liqasındakı qollarının sayını 30-a çatdırıb. Fransalı hücumçu bunu qrup mərhələsinin VI turunun “Brügge” ilə görüşündə rəsmiləşdirib. 4:1 hesablı qələbəyə dublla töhfə verən Kilian matçın ilk 7 dəqiqəsində 2 dəfə fərqlənib.

O, Çempionlar Liqasında 30 qol vuran ən gənc oyunçu olub. Mbappe bu rəqəmə 22 yaş 354 günlüyündə çatıb.

Fransalı forvard komanda yoldaşı Lionel Messinin rekordunu qırıb. Argentinalı 23 yaş 131 günlüyündə 30-cu qolunu vurub.

ETOPAZ

Əvvəlki yazı

Sürpriz kupon – 08.12.2021

Növbəti yazı

İlin ən yaxşı tennisçiləri