Sürpriz kupon – 02.11.2021
“Dinamo Kiyev” – “Barselona” – qol\qol
Bu oyunlar bizi istər-istəməz Lobanovski, Şevçenko vaxtındakı duellərə aparır. İndi hər iki komanda o vaxtkından zəif təsir bağışlayır. Ronald Kuman istefaya göndərilsə də, müvəqqəti baş məşqçi Serxinin rəhbərliyi altında “Barsa” “Alaves”i də məğlub edə bilmədi – 1:1. Ukrayna klubu ÇL-də hələ ki qol vurmayıb. Amma düşünürəm ki, “Barselona” ilə oyunda onlar bu baxımdan istəklərinə çatacaqlar. Odur ki, matçın qol/qolla başa çatacağına ümid edirəm.
“Vilyarreal” – “Yanq Boyz” – qol\qol
Zədəli Xerar Morenosuz “Vilyarrel” La Liqada xeyli çətinlik çəkir. Emerinin komandası 12 xalla 13-cü yeri tutur. Amma ÇL-də vəziyyət fərqlidir. Qrupda 2-ci yeri tutan İspaniya təmsilçisinin pley-offa vəsiqə qazanmaq üçün yaxşı şansı var. Aktivində 3 xalı olan “Yanq Boyz” da növbəti mərhələyə yüksələ bilər. Hər iki komandaya qələbə lazım olduğundan oyunun qol/qol bitəcəyini düşünürəm.
“Volfsburq” – “Zaltsburq” – 1
Hər iki komandanın heyətində itkilər çoxdur. Almaniya klubu 2 xalla qrupda sonuncu yeri tutur. “Zaltsburq” isə əksinə liderdir. Amma Avstriya komandasının bu tempdə uzun müddət davam gətirəcəyini düşünmürəm. Ona görə də Almaniya səfəri “Zaltsburq” üçün uğursuz ola bilər. Bu qarşılaşmaya 1 yazıb risk etmək olar.
“Dinamo Kiyev” – “Barselona” – qol/qol – 1,66
“Vilyarreal” – “Yanq Boyz” – qol\qol -1,60
“Volfsburq” – “Zaltsburq” – 1 – 2,35
Ümumi əmsal: 6,24