Sürpriz kupon – 08.05.2024
Real Madrid – Bayern Münhen 2,5 ALT
Bəlkə də çoxları ilk oyunda olduğu kimi bol qollu qarşılaşma gözləyir. Amma hər iki komandanın ehtiyatlı davranacağı qənətindəyəm. Odur ki, ilk görüşdən fərqli olaraq məhsuldarlığın az olacağını ehtimal etmək olar. Sürpriz kuponda 2,5 Alt seçimi uyğun olar.
Rasinq Montevideo – Argentinos Xuniors 2
Argentinada keçirilən görüşdə “Rasinq” qələbə qazansa da bunu mütəxəssislər sürpriz kimi dəyərləndirdi. Əbəs yerə deyil ki, Uruqvayda baş tutacaq 2-ci qarşılaşmada məhz “Argentinos Xuniors” favorit sayılır. Əmsalı nəzərə alaraq, onların qələbəsinə mərc etməyə dəyər.
Universitario de Deportes – Atletiko Junior 2
Qrupun lideri “Atletiko Junior” Peru səfərində favrorit göstərilmir. Amma biz sürpriz kuponda sürpriz axtarışındayıq. Əvvəlki oyunları və qrupdakı vəziyyəti nəzərə alaraq, Kolumbiya təmsilçisinin 3 xalı qazanacağını ehtimal etmək olar.