Günün kuponu – 08.05.2024
Real Madrid – Bayern Münhen Mərhələni keçəcək – Real Madrid
İlk oyun göstərdi ki, “Real Madrid” daha hazırlıqlıdır. Düşünürəm ki, cavab oyunu da gərgin keçəcək. Bu, Almaniya təmsilçisinin son şansı olsa da, “Real Madrid”in azarkeş amilindən yararlanacağını düşünürəm. Məncə, finala adlayan tərəf madridlilər olacaqlar.
Palestino – Flamenqo 2,5 ÜST
Çili təmsilçisinin şansları az görünsə də, doğma azarkeşlər önündə qol vurmağı bacarır. “Flamenqo”nun isə xüsusi təqdimata ehtiyacı yoxdur. Braziliya klubu favoritdir. Fikrimcə onlar bunu qələbə ilə sübut edəcəklər. Əmsalları nəzərə alaraq, 2,5 Üst seçimi tövsiyə edirəm.
Karakas – Penyarol QOL/QOL
Qrupda cəmi 1 qələbəsi olan “Penyarol” Venesuela səfərində favoritdir. Amma “Karakas” da ilk qələbənin arayışında olacaq. Bu görüşdə Uruqvay təmsilçisi favorit olsa da, zənnimcə işləri asan olmayacaq. Bu görüşdə hər iki komandanın qol vuracağını ehtimal edirəm. Mərc üçün uyğun seçim qol-qol olar.