Günün kuponu – 02.11.2021
“Malmö” – “Çelsi” – 2
İsveç təmsilçisi qrupun aşkar autsayderidir. “Malmö” ÇL-də 3 oyunun hamısında uduzub. London klubunun isə hələ də qrupu 1-cı sırada bitirmək şansı var. Tomas Tuxelin komandası bütün turnirləri nəzərə alsaq, 6 oyundur ki, qələbə qazanır. Düşünürəm ki, “Çelsi” İsveç səfərindən də qələbə ilə dönəcək.
“Bayern Münhen” – “Benfika” – 1
Almaniya klubu 3 oyundan sonra 100 faizlik nəticə göstərib. Ümumiyyətlə, “Bayern Münhen” Çempionlar Liqasının cari mövsümündə də qələbəyə əsas namizədlərdən sayılır. “Benfika”nın heyətində ciddi itkilər də var. Güman edirəm ki, oyun 1-lə yekunlaşar.
“Sevilya” – “Lill” – 1
Lopateqinin komandası ÇL-in cari mövsümündə hələ ki qələbə qazana bilməyib. “Sevilya” 3 oyunun hamısında rəqibləri ilə xalları yarı bölüb. Pley-offa yüksəlmək üçün İspaniya klubuna bu dəfə mütləq qələbə qazanmaq gərəkir. “Lill” bir neçə gün öncə Liqa-1-də PSJ ilə ağır oyun keçirib. “Sevilya” 5 oyundur uduzmur. Məncə, “Sevilya” qələbəni əldən verməyəcək.
“Malmö” – “Çelsi” – 2 – 1.16
“Bayern Münhen” – “Benfika” – 1 – 1,15
“Sevilya” – “Lill” – 1 – 1,62
Ümumi əmsal: 2,16