“Tottenhem” yeni baş məşqçisi ilə razılığa gəldi

“Tottenhem” yeni baş məşqçisi ilə razılığa gəldi

İngiltərənin “Tottenhem” klubu italiyalı Antonio Konte ilə razılığa gəlib. Təcrübəli mütəxəssisin London klubunun baş məşqçi postuna təyinatı yaxın müddətdə rəsmiləşəcək.

Premyer Liqa təmsilçisi Konteyə ildə 15,5 milyon funt sterlinq maaş ödəyəcək. Onun sabahkı məşqdə də komandaya rəhbərlik edəcəyi gözlənilir.

Konte transferlərlə bağlı istəyi də qəbul olunub. Mütəxəssisə qış transferləri üçün 100 milyon avro ayrılacaq. İstefaya göndərilən Nunu Eşpiritu Santunu əvəzləyəcək Kontenin müqaviləsi 2023-cü ilin yayına qədər olacaq.

ETOPAZ

Əvvəlki yazı

“Tottenhem” baş məşqçisi ilə vidalaşdı

Növbəti yazı

Günün kuponu – 02.11.2021