Sürpriz kupon – 20.05.2024
Sandefyord – Vikinq 3.5 ÜST
8 turda 3 qələbə qazanan “Vikinq” indi səfərdə “Sandefyord”un qonağı olacaq. Son 2 dueldə meydan sahiblərinə qalib gələn “Vikinq” bu dəfə də şanslı hesab edilir. Statistikaya nəzərən matçın məhsuldar olacağını düşünürəm.
Tromsö – Rusenborq 2.5 ÜST
Cari mövsümə uğursuz başlayan “Tromsö” 7 oyunda 1 qələbə qazanıb, 6 matçda meydanı xalsız tərk edib. Meydan sahibləri heyəti tam formalaşdırmağa çatdırmayıb. Bu səbəbdən ilk oyunlarda nəticə əldə etmək mümkün olmayıb. Bununla belə “Tromsö” bu oyuna final matçı kimi çıxacaq. Ona görə məhsuldar nəticə sürpriz sayılmayacaq.
Ham-Kam – Bodö Qlimt 3.5 ÜST
8 oyun keçirən “Bodö Qlimt” hazırda Norveç çempionatının lideridir. Qonaqlar 8 matçda 21 qol vurmaqla diqqəti cəlb edir. “Bodö Qlimt” cari mövsüm qapısında cəmi 4 qol izləyib. Məhz bu amilə görə 3.5 Üst seçiminin üzərində dayanıram.