Günün kuponu – 20.05.2024
Salernitana – Verona QOL/QOL
A Seriyasında sondan əvvəlki tur meydan sahibləri üçün ciddi dəyişiklik etməyəcək. İstənilən nəticədən asılı olmayaraq aşağı liqaya yollanacaqlar. “Verona”nın isə liqanı tərk etmək ehtimalı hələ də qalır. Fikrimcə bu oyunda düzgün seçim qol-qol olacaq.
Bolonya – Yuventus QOL/QOL
Turnir cədvəlində 3-4-cü yerlərdə qərarlaşan komandaların xalı eynidir. Nəticədən asılı olmayaraq hər iki klub Çempionlar Liqasında iştirakını təmin edib. Son oyunlara nəzərə alsaq, qonaqlar A Seriyasında qeyri-stabil çıxış edən komandalar sırasındadır. Ona görə bu oyundan gözləntim 2.5 Üst və ya qol-qol seçimidir.
Mölde – Sarpsborq 1
Norveç çempionatına yaxşı başlayan “Mölde” 17 xalla üçüncü yerdədir. Qonaqların 8 oyunda cəmi 2 qələbəsi qeydə alınıb. Heyətlə bağlı problemlərini həll edə bilməyən “Sarpsborq”u səfərdə ciddi sınaq gözləyir. İki həftə əvvəl öz meydanında rəqibini kubok oyununda məğlub edən “Mölde”nin bu oyunda da qələbə qazanacağını düşünürəm.