“Sabah”dan darmadağın, “Turan Tovuz”dan səfər qələbəsi

“Sabah”dan darmadağın, “Turan Tovuz”dan səfər qələbəsi

Azərbaycan Premyer Liqasında 21-ci tuta yekun vurulub. Turun son günündə iki matç baş tutub.

Şamaxıda eyniadlı komanda “Turan Tovuz”u qəbul edib. Tərlan Quliyevin ikinci hissədə vurduğu top qonaqlara üç xal qazandırıb.

Liderlər qrupunda yer alan “Sabah” “Səbail”i qəbul edib. Murad Musayevin yetirmələri rəqibini 4 cavabsız qolla darmadağın edib. Davit Volkovun iki qol vurduğu görüşdə Coy-Lens Mikelslə Emanuel Apeh hərəyə bir dəfə fərqlənib.

Qeyd edək ki, növbəti turun oyunları fevralın 10-12-də keçiriləcək.

1Qarabağ21183055-1257
2Sabah21164149-1352
3Neftçi21142538-2144
4Zirə2195725-2832
5Qəbələ2176824-2527
6Turan Tovuz21551115-2720
7Şamaxı21371117-3316
8Sumqayıt21361213-3615
9Kəpəz21281119-3914
10Səbail21341415-3613

Bombardirlər: Ramil Şeydayev (“Qarabağ”) – 15 qol, Musa Qurbanlı (“Qarabağ”) – 15 qol, Coy Lens Mikels (“Sabah”) – 12 qol, Emin Mahmudov (“Neftçi”) – 10 qol, Aleksey Kaşuk (“Sabah”) – 9 qol

ETOPAZ

Əvvəlki yazı

Bundesliqada istefa

Növbəti yazı

Şeydayevin 100-cü oyunu