Şeydayevin 100-cü oyunu

Şeydayevin 100-cü oyunu

Ramil Şeydayev “Qarabağ”da 100-cü oyununu keçirib. 27 yaşlı hücumçunun yubileyi Azərbaycan Premyer Liqasının XXI turuna təsadüf edib. O, “Kəpəz”lə səfər görüşündə meydana çıxıb. Ramil 100 matçda 30 qola imza atıb. O, ölkə çempionatında 61 (23 qol), kubokda 9 (4 qol), avrokuboklarda 30 (3 qol) dəfə şans qazanıb.
Şeydayevin “Qarabağ”dakı debütü də “Kəpəz”ə qarşı oyunda gerçəkləşib. 2017-ci il sentyabrın 17-də keçirilən evdəki Premyer Liqa qarşılaşması (2:0) onun Ağdam klubunda ilk matçı olub.
Qeyd edək ki, Gəncədəki matç 1:1 hesabı ilə başa çatıb.

ETOPAZ

Əvvəlki yazı

“Sabah”dan darmadağın, “Turan Tovuz”dan səfər qələbəsi

Növbəti yazı

Premyer Liqada istefa