Rudigerdən tələb: 400 min funt sterlinq

Rudigerdən tələb: 400 min funt sterlinq

İngiltərənin “Çelsi” klubunun futbolçusu Antonio Rudiger London təmsilçisi ilə yeni müqavilə imzalamaq üçün tələb irəli sürüb. Almaniya millisinin müdafiəçisi həftədə 400 min funt sterlinq qazanmaq istəyir.

Rudigerin hazırkı anlaşması 2022-ci ilin yayında başa çatacaq. O, “Çelsi”nin müqavilənin uzadılması ilə bağlı əvvəlki təkliflərini rədd edib.

Klub rəhbərliyi almaniyalıya həftədə 125 min verməyə hazır olsa da, bu rəqəm futbolçunu qane etmir. O, klubun ən yüksək ödənişli oyunçusu olmaq şərti qoyub. Antonio həftəyə 350 min qazanan Romelu Lukakudan da artıq maaş istəyir.

ETOPAZ

Əvvəlki yazı

Qapıçı komanda yoldaşını yerlə sürüdü

Növbəti yazı

“Bavariya”dan tarixi nailiyyət