“Bavariya”dan tarixi nailiyyət

“Bavariya”dan tarixi nailiyyət

Almaniya Bundesliqasının VIII turunda “Bayer”in qonağı olan “Bavariya” klub tarixinin rekorduna imza atıb. Münhen təmsilçisi ilk dəfə çempionatın səfər matçında ilk hissədə 5 qol vurub. 958-ci səfər qarşılaşmasına çıxan komanda Leverkuzendəki görüşədək buna nail olmamışdı.

Fasiləyə 5:0 hesablı üstünlüklə yollanan Yulian Naqelsmannın yetirmələri qollardan dördünü 8 dəqiqəyə vurub. 30-37-ci dəqiqələrdə Serj Qnabri iki, Robert Levandovski ilə Tomas Müller hərəyə bir qol vurub. Hesabı isə 3-cü dəqiqədə Robert açıb.

Dubl müəllifi olan polşalı forvard ilk 8 turda 9 qol vurub. O, ümumilikdə klubun heyətində mövsümün 11 görüşündə 15 dəfə fərqlənib.

Xatırladaq ki, “Bavariya” oyunda 5:1 hesablı qələbə qazanıb.

ETOPAZ

Əvvəlki yazı

Rudigerdən tələb: 400 min funt sterlinq

Növbəti yazı

Kerberdən imtina