“Qarabağ” seriyasını davam etdirir

“Qarabağ” seriyasını davam etdirir

Azərbaycan Premyer Liqasında 11-ci tura start verilib. İlk oyun günündə bir qarşılaşma baş tutub.

“Qarabağ” “Turan Tovuz”u qəbul edib. Meydan sahibləri erkən qola sevinib. 2-ci dəqiqədə Ovusu Kvabena hesabı açıb – 1:0. Hissənin sonlarında Ramil Şeydayev penaltini dəqiq yerinə yetirərək fərqi iki topa çatdırıb. Oyunda son nöqtəni isə Filip Ozobiç qoyub. Onun uzaq məsafədən qüvvətli zərbəsi qapıçı üçün qarşısıalınmaz olub – 3:0.

Ağdamlılar bu qələbə ilə xallarının sayını 30-a yüksəldib. “Köhlən atlar” cari mövsüm ölkə çempionatında keçirdiyi bütün matçlarda qalibiyyət əldə edib.

ETOPAZ

Əvvəlki yazı

Günün şansı – 21.10.2022

Növbəti yazı

Ronaldo komandadan kənarlaşdırıldı