Ronaldo komandadan kənarlaşdırıldı

Ronaldo komandadan kənarlaşdırıldı

“Mançester Yunayted” Premyer Liqanın 12-ci turunda “Tottenhem”lə qarşılaşıb. “Mankunianlar” rəqibini məğlub edib – 2:0.

“Qırmızı şeytanlar”ın baş məşqçisi Erik ten Haq Kriştiano Ronaldonu görüşdə meydana buraxmayıb. Futbolçu buna qəzəblənərək matç bitmədən stadiondan ayrılıb.

Hadisənin ardından klubun mətbuat xidməti bu haqda məlumat yayıb. Portuqaliyalının komandanın heyətindən kənarlaşdırıldığı bildirilib:

“Kriştiano Ronaldo şənbə günü “Çelsi”yə qarşı keçiriləcək matçda komandanın heyətində olmayacaq. Oyunçuların qalan hissəsi bütün diqqətini həmin qarşılaşmaya hazırlaşmağa cəmləyib”.

ETOPAZ

Əvvəlki yazı

“Qarabağ” seriyasını davam etdirir

Növbəti yazı

Liqa 1-də ayın futbolçusu müəyyənləşdi