Günün şansı – 21.10.2022
Filadelfiya 76ers – Milvaukke Buks
Təxmin: Ceyms Harden 3 xallıq atış sayı – 2.5 ÜST
İlk oyunda məğlub olan filadelfiyalıların növbəti rəqibi iddialı “Milvauke” təmsilçiləridi. Mövsümün ilk matçında inamlı oyun göstərən Ceyms Hardenin bu matçı da məhsuldar keçirəcəyini düşünürəm. Hardenin bu qarşılaşmada ən azı 3 dəfə 3 xallıq atış atacağını iddia edirəm.
LA Leykers – LA Klippers
Təxmin: Pol Corc xal cəmi 22.5 ÜST
Mövsümün ilk matçında qələbə qazana bilməyən “Leykers”in növbəti rəqibi “Klippers”di. Matçın favoriti “Klippers” hesab edilir. Bu qarşılaşmada “Klippers”in forvardı Pol Corcun ən azı 23 xal atacağını düşünürəm.