“Neymar mənim prezident seçilməyimdən qorxur”

“Neymar mənim prezident seçilməyimdən qorxur”

Braziliya prezidentliyinə namizəd olan Luiz İnasio Lula da Silva PSJ-nin futbolçusu Neymar haqqında danışıb. O, Neymarın onun prezident seçilməsindən qorxduğunu söyləyib:

“Mən əsəbi deyiləm. Neymar prezident seçmək hüququna malikdir. Düşünürəm ki, o, seçkidə mənim qalib gəlməyimdən qorxur. Çünki Bolsonaronun (hazırkı Braziliya prezidenti) onu gəlir vergisi borcuna görə bağışladığını aşkarlayacağam. Mənə elə gəlir ki, o, məndən qorxur. Aydındır ki, Bolsonaro Neymarın atası ilə sövdələşib”.

Bundan əvvəl Braziliyada keçirilən seçkilərin ilk turu zamanı Neymar ölkənin hazırkı prezidenti Jair Bolsonaroya təşəkkür etməsi barədə video yayılmışdı. Buna səbəb isə ölkə başçısının oyunçunun Santosdakı futbol akademiyasını ziyarət etməsidir.

Neymar bu mövsüm liqada 11 matçda 9 qol vurub və 7 qolun ötürməsini verib. O, Çempionlar Liqasında 4 oyunda 1 qol vurub.

ETOPAZ

Əvvəlki yazı

Kunde 2 matçda iştirak etməyəcək

Növbəti yazı

Günün şansı – 21.10.2022