“Qarabağ” qələbə rekordunu təkrarladı

“Qarabağ” qələbə rekordunu təkrarladı

“Qarabağ” Premyer Liqanın 2022/23 mövsümündə 26-cı qələbəsini qazanıb. Qurban Qurbanovun yetirmələri buna XXXIII turda nail olub.

Ağdamlılar “Qəbələ” ilə ev oyununda 3:0 hesabı ilə qalib gəlib. Bununla da “Qarabağ” klub tarixinin rekordunu təkrarlayıb.

Bölgə təmsilçisi ölkə çempionatında bir mövsüm ərzində qazanılan qələbə sayında ən yüksək göstəriciyə 2015/16 mövsümündə imza atıb. Həmin vaxt 36 matçdan 26-da  rəqiblərini məğlub edən “Qarabağ” 7 ildən sonra həmin nəticəni təkrarlayıb. Mövsümün sonuna üç tur qaldığı üçün Qurbanovun komandası bu rekordu yeniləmək imkanına da malikdir.

Qeyd edək ki, bir mövsümdəki qələbə sayında Azərbaycan çempionatlarının rekordu 1992-ci ildə qeydə alınıb. “Neftçi” həmin vaxt 36 oyunda 30 dəfə qalib gəlib.

ETOPAZ

Əvvəlki yazı

A seriyasında vida

Növbəti yazı

Tarixin dördüncüsü