A seriyasında vida
A seriyasını tərk edəcək komandalardan biri bəlli olub. “Sampdoriya” İtaliya çempionatının yüksək liqasındakı yerini itirib.
Deyan Stankoviçin yetirmələri 34-cü turda “Udineze”yə 0:2 hesabı ilə uduzub. Hesabında 17 xal olan genuyalılar sonuncu pillədə qərarlaşıb.
Qeyd edək ki, “Sampdoriya” 2012/13 mövsümündən A seriyasından çıxış edir.