Tarixin dördüncüsü
“Mayami” pley-offun ikinci raundunun dördüncü oyununda “Nyu-York”a qalib gəlib. 109:101 hesablı qələbə ilə “Hit”in seriyadakı üstünlüyü artıb – 3:1.
Mayami təmsilçisi pley-offa 8-ci səpələnmiş komanda kimi başlasa da, artıq 7 qələbə qazanıb. Bu, NBA tarixində 4-cü belə hadisədir.
“Hit”ə qədər yalnız üç komanda 8-ci kimi başladığı pley-offda 7 və daha çox oyunda qalib gəlib.
1999-cu ildə “Niks” 12, 2011-ci ildə “Memfis”, 2012-ci ildə “Filadelfiya” hərəyə 7 dəfə qələbə sevinci yaşayıb.
Qeyd edək ki, “Mayami” 1-ci raundda “Miluoki”ni seriyada 4:1 hesabı ilə məğlub edib.