Pato ”San-Paulo” yolunda
Braziliya millisinin sabiq futbolçusu Aleşandre Pato ilə bağlı yenilik var. 34 yaşlı hücumçu “San-Paulo”dan təklif alıb.
MLS təmsilçisi “Orlando Siti”də aldığı ağır zədədən sonra bu klubdan ayrılan Pato bərpa prosesini “üçrənglilər”in bazasında keçib. Onun durumundan razı qalan “San-Paulo” forvarda həftəlik 9 min avroya yaxın maaşın nəzərdə tutulduğu müqavilə təklif edib. Tərəflərin yaxın günlərdə anlaşma imzalayacağı gözlənilir.