Günün kuponu – 16.05.2024
Lids – Norviç 1
Bir zamanlar İngiltərə Premyer Liqasında və avrokuboklarda parlaq oyunu ilə futbolsevərlərin rəğbətini qazanmış “Lids” yenidən elitaya dönmək üçün son addımını atmalıdır. Komanda Çempionşipin ilk pley-off matçında səfərdə “Norviç”lə heç-heçə edib. Evdəki cavab qarşılaşmasında azarkeşlərin də dəstəyilə zəfər qazanmaq şansları çox yüksəkdir.
Almeriya – Barselona 2
“Barselona” ikinci yerə yüksəlmək üçün bu matçda qalib gəlməlidir. “Almeriya” isə La Liqada qalmaq şansını itirib və heç bir motivasiyası yoxdur. Qonaqların rahat qələbəsini proqnozlaşdırmaq olar.
Malmö – QAİS 1
“Malmö” hazırda ölkəsinin ən güclü klubudur. Komanda cari mövsümün startında göstərdiyi nəticələrlə bunu bir daha sübut edir. “QAİS” də mövsümə pis başlamasa da, İsveç çempionatının liderinin doğma arenada növbəti qələbəsini qazanmaq üçün hər cür imkanı var.