Sürpriz kupon – 16.05.2024
Las Palmas – Betis 2
“Las Palmas” ardıcıl 8 oyundur uduzur. Avrokuboklara vəsiqə uğrunda mübarizə aparan “Betis”ə isə 3 xal lazımdır. ETOPAZ-ın cəlbedici əmsal verdiyi qonaqların qələbəsi variantına mərc edirəm.
Real Sosyedad – Valensiya QOL/QOL
La Liqada avrokuboklara vəsiqə uğrunda mübarizə aparan daha iki komanda bir-biri ilə görüşəcək. Bukmekerlər bu vacib qarşılaşmadan çox qol gözləməsə də, rəqiblərin ən azı 1 dəfə fərqlənəcək potensialları var.
Brommapoykarna – Dyurqarden 2
Musa Qurbanlının komandası hazırda İsveç çempionatında turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb. “Dyurqarden” 9-cu yerdə gedən “Brommapoykarna” ilə səfər qarşılaşmasının favoritidir.
Ölkənin ən yaxşı akademiyalarından birinə malik meydan sahibləri əsas komandanı daha çox yetişdirdikləri gənclərə vitrin kimi istifadə edir. Qonaqların qələbəsinə mərc edirəm.