Messi heyətə qayıtdı

Messi heyətə qayıtdı

Lionel Messi PSJ-nin heyətinə qayıdıb. O, “Ayaçço” ilə oyuna ”ilk 11-lik”də başlayacaq.

Bunu Fransa klubunun baş məşqçisi Kristof Qaltye açıqlayıb. O, cəzadan sonra komandaya qoşulan argentinalı hücumçunun motivasiyalı olduğunu bildirib. 36 yaşlı forvard cəzasının ləğvindən sonra ilk matçına çıxacaq.

Paris klubu mayın 2-də verilən qərarla icazəsiz Səudiyyə Ərəbistanına yollanan Messini əsas komandadan 2 həftəlik kənarlaşdırıb. Sonradan üzr istədiyi üçün cəzası ləğv olunan cənubi amerikalı ayın 8-də kollektiv məşqlərə qoşulub.

ETOPAZ

Əvvəlki yazı

Pato ”San-Paulo” yolunda

Növbəti yazı

Silva Braziliya klubunun hədəfində