“Baku Sportinq” çempion oldu

“Baku Sportinq” çempion oldu

Bu gün 2-ci Liqada 25-ci tura start verilib. Lider “Baku Sportinq” “Dinamo”nu qəbul edib.

Meydan sahibləri 4:2 hesablı qələbəyə sevinib. Komanda bununla da, bütün rəqibləri üçün əlçatmaz olub və çempionluğunu rəsmiləşdirib.

Qeyd edək ki, 2-ci Liqada mövsümün sonuna 1 tur qalıb. “Baku Sportinq” isə ən yaxın izləyicisi “Füzuli”ni 5 xal qabaqlayır.

ETOPAZ

Əvvəlki yazı

“Roma”da ayrılıq

Növbəti yazı

“Ayaks”da yeni baş məşqçi