Günün kuponu – 15.05.2024
Brayton – Çelsi 2
Sona 2 matçı qalan və Premyer Liqada 10-cu sırada yer alan “Brayton”un bu mövsüm üçün heç bir hədəfi qalmayıb. “Çelsi” isə azı UEFA Konfrans Liqasına vəsiqə şansını saxlamaq üçün bu görüşdə mütləq qalib gəlməlidir. Fikrimcə, daha motivasiyalı London klubu bu matçı qazanacaq.
Nitsa – PSJ 1-ci hissə cüt şans 12
Çempionluğu erkən təmin etmiş “PSJ”dən fərqli olaraq “Nitsa”ya xal daha çox lazımdır. Ötən tur öz meydanında “Tuluza”ya uduzaraq hamını şoka salan “PSJ”dən isə baş açmaq olmur. Eyni ssenari bu matçda da təkrarlana bilər, və yaxud əksinə. Ona görə, məncə, 1-ci hissənin tərəflərdən birinin qələbəsi ilə bitəcəyinə mərc etmək daha doğru olar.
Mançester Yunayted – Nyukasl 2,5 ÜST
Avrokuboklara vəsiqə qazanmaq şansını saxlayan hər iki komanda arasında qarşılaşma gərgin mübarizə vəd edir. Mançesterlilərə mütləq qələbə lazımdır. Nyukaslı isə azı 1 xal da qane edir. Hər iki komandanın hücum potensialını nəzərə alaraq bu oyunda 2,5 Üst variantına güvənirəm.