Rodri rekorda imza atdı

Rodri rekorda imza atdı

“Mançester Siti”nin futbolçusu Rodri rekorda imza atıb. Premyer Liqanın “Tottenhem”lə səfər görüşü (2:0) ispaniyalı yarımmüdafiəçinin klubunda ardıcıl 73-cü məğlubiyyətsiz oyunu olub. O, klubunun heyətində son məğlubiyyətini 2023-cü il fevralın 12-də alıb. 

Rodri “Milan”ın ötən əsrin 80-90-cı illərindəki əfsanəvi heyətinin iki futbolçusuna məxsus rekordu təkrarlayıb. Həmin vaxt Demetrio Albertini və Paolo Maldini ardıcıl 73 oyunda məğlubiyyətsizlik yaşayıb. Amma Rodri seriya müddətində daha çox qələbə qazanıb.

ETOPAZ

Əvvəlki yazı

“Birbaşa Bakı” ardıcıl 3-cü dəfə çempion oldu

Növbəti yazı

”Real”dan unikal göstərici