Sürpriz kupon – 13.05.2023
“Villareal” – “Atletik Bilbao” -1-ci hissə 2
La Liqada bu turun sürprizlərindən biri kimi bu oyunu “görürəm”. “Villareal” son 3 turdan ikisində qələbə qazanıb, birində isı heç-heçə oynayıb. Bilbao təmsilçisi isə son 3 matçda cəmi 1 xal qazanıb. Buna baxmayaraq fikrimcə, “Atletik” çətin rəqiblə səfər matçında xal qazana biləcək. Hətta riskə gedərək bilbaoluların ilk yarını hesabda öndə bitirəcəyini təxmin edirəm. 3,70 əmsal da bir tərəfdən “gəl-gəl” deyir. O da maraqlıdır ki, “Villareal” öz aralarındakı son 8 qarşılaşmada “Atletik Bilbao”nu məğlub edə bilməyib. 6 heç-heçə, 2 məğlubiyyət.
“Volfsburq” – “Hoffenhaym” – 2,5 ÜST
Bir tərəfdə avrokuboklara vəsiqə uğrunda çarpışan “Volfsburq”, digər tərəfdə bundesliqada yerini qorumağa çalışan “Hoffenhaym”. Həmin “Hoffenhaym” ki, 31 matçda qapısından 52 qol buraxıb. Və həmin “Volfsburq” ki, 31 turda 54 qol vurmaqla bu mövsüm bundesliqanın ən məhsuldar komandalarından biridir. Belə oyundan təbii ki, bol qol gözləməlisən.
“Aston Villa” – “Tottenhem” – 1-ci hissə cüt şans 12
Avrokuboklara vəsiqə uğrunda mübarizə aparan 2 komandanın dueli. Azı 2-3 qol gözlədiyim oyundur. Belə matçlar üçün “sevimli variantım” olanı seçdim: fasiləyə qədər hesabdakı bərabərlik pozulacaq.