Günün kuponu – 13.05.2023
“Borussiya Dortmund” – “Borussiya Münhenqladbax” – QOL/QOL
“Bavariya” ilə çempionluq mübarizəsi aparan Dortmund klubunun qələbədən başqa yolu yoxdur. Digər “Borussiya”nın isə bundesliqada bu mövsümlük heç bir hədəfi qalmayıb. Bununla belə, hıər iki komandanın hücum potensialı yüksək olduğundan bu matçda qarşılıqlı qollar gözləyirəm. Həm də 2,5 üstlə müqayisədə (1.25) qol/qolun əmsalı daha yüksəkdir (1,55).
“Mançester Yunayted” – “Vulverhempton” -1-ci hissə cüt şans 12
Son 2 turda “Brayton” və “Vest Hem”ə uduzan mançesterlilər növbəti məğlubiyyəti də alsa, ÇL-ə vəsiqə verən ilk “dördlük”dən kənarda qalmaq təhlükəsi ilə üzləşəcək. “Yunayted”in qələbəsinə inansam da, əmsalı daha yüksək olan varianta – 1-ci hissədə tərəflərdən birinin qalib olacağına mərc edirəm.
“Lids” – “Nyukasl” – 1-ci hissə cüt şans 12
“Lids” aşağı liqaya düşməkdən xilas olmağa çalışır. Qələbə onlar üçün çox vacibdir. Elə “Nyukasl” üçün də. Çempionlar Liqasına vəsiqə verən ilk “dördlük”də möhkəmlənmək üçün nyukasllılar son 4 turda minimum xal itkisinə yol verməlidir. Məntiqlə hər iki komandadan hücum futbolu və nəticədə məhsuldar oyun gözlənilməlidir. Deməli, ilk yarını tərəflərdən birinin hesabda irəlidə bitirmə ehtimalı da yüksəkdir.