Marreyə San-Dieqodan dəvət

Marreyə San-Dieqodan dəvət

“Böyük dəbilqə” turnirlərinin üçqat çempionu Endi Marrey San-Dieqoda keçiriləcək turnirdə iştirak edəcək. O, yarışın əsas mərhələsinə “vild card”la qatılacaq. Bu turnir sentyabrın 27-də start götürəcək. Endi yarışa dəvət alan yeganə tennisçi deyil. Key Nisikori və Brendon Nakaşima da San-Dieqoda mübarizə aparacaq.

Xatırladaq ki, hazırda Renndə təşkil olunan “Çelencer”də çıxış edən Marrey ikinci mərhələyə yüksəlib.

ETOPAZ

Əvvəlki yazı

Ən çox oyun keçirən baş məşqçilər

Növbəti yazı

“Çelsi”dən yeni təklif