“Çelsi”dən yeni təklif

“Çelsi”dən yeni təklif

İngiltərənin “Çelsi” klubu futbolçusu Meyson Mauntla müqaviləni uzatmağa qərar verib. London təmsilçisi İngiltərə yığmasının gənc yarımmüdafiəçisinə daha yaxşı şərtlərlə anlaşma təklif edib. Maunt ötən mövsümdə “Çelsi”nin ən yaxşı oyunçusu seçilib. Klub rəhbərliyinin təklif etdiyi yeni müqavilədə Meysonun maaşı 175 min funt sterlinq kimi göstərilib.

Xatırladaq ki, Meyson “Çelsi”nin öz yetirməsidir.

ETOPAZ

Əvvəlki yazı

Marreyə San-Dieqodan dəvət

Növbəti yazı

“Qolden Steyt”də yeni oyunçu