Günün kuponu – 31.01.2023
“Alanyaspor” – “Sivasspor” QOL/QOL
Turnir cədvəlində 17-ci yeri tutan Sivas klubu Superliqada qalmaq üçün çalışır. Rıza Çalımbayın komandası “Qaziantep”i səfərdə 2:1 hesabı ilə məğlub etdikdən sonra öz meydanında “Adana Dəmirspor”a uduzdu – 1:2.
“Sivas”ın nəticələri zəif olsa da, komanda hər oyunda qol vura bilər. Sivaslılar son 8 matçın hamısında rəqib qapısına yol tapıblar.
Bu komandalar arasında son 4 görüşdən üçü qol\qolla yekunlaşıb.
“Karagümrük” – “Beşiktaş” ÜST 2,5
“Beşiktaş” çempionatda son 5 oyununu qələbə ilə başa vurub. Şenol Güneşin komandası ötən tur “Alanyaspor”un qapısından 3 cavabsız top keçirdi.
“Karagümrük” Superliqada son 3 matçda heç-heçə edib. “Karagümrük” bütün turnirlərdə 7 görüşdür ki, qapısında qol görür. Bu da komandanın müdafiə xəttində problemlərin olmasını göstərir.
“Paderborn” – “Ştuttqart” QOL/QOL
2-ci Bundesliqa təmsilçisi “Paderborn”la əsas Bundesliqada qalmaq uğrunda mübarizə aparan “Ştuttqart”ın dueli maraq doğurur.
“Ştuttqart” təhlükəli zonada olduğundan əsas məqsəd Bundesliqada qalmaqdır. Ona görə də ola bilər ki, qonaqlar kubok matçına ciddi yanaşmasınlar.