Sürpriz kupon – 31.01.2023
“Bordo” – “Le Havr” 1
Liqa-2-də 1-ci və 2-ci yeri tutan komandaların oyunu böyük maraqla gözlənilir. “Bordo” hazırda “Le Havr”dan 7 xal geri qalır. Bu səbəbdən meydan sahibləri doğma divarlar arasında yalnız qələbəyə oynayacaqlar.
“Bordo” son 2 ev görüşündə qalib gələ bilmədiyindən bu dəfə 3 xal üçün bacardığını edəcək.
“Genqam” – “Nim” 1
“Nim” 20 oyundan 19 xal toplayaraq 18-ci yeri tutur. “Genqam” isə turnir cədvəlində orta sıralardadır.
Hər iki komanda son oyunlarını qələbə ilə başa vurublar. “Genqam” öz meydanında favoritdir və qələbəyə daha yaxındır.
“Nyor” – “Amyen” 2
“Amyen” 4 oyundur ki, qalib gələ bilmir. Qonaqlar autsayder “Nyor”a potensial 3 xal kimi baxırlar.
“Nyor” 17 xalla turnir cədvəlində sonuncu 20-ci yeri tutur. Komanda son 3 matçda məğlub olub. “Nyor” son qələbəsini yanvarın 7-də əldə edib.