Günün kuponu – 27.05.2022
“Mirandes” – “Fuenlabrada” QOL/QOL
“Fuenlabrada”nın artıq İspaniya Sequndasını tərk etməsi rəsmiləşib. Ona görə də son oyun qonaqlar üçün formal xarakter daşıyır. Bu tip matçlarda futbolçular çamadan əhval ruhiyyəsində olur. Komandalar arasında son 5 oyunun dördündə qol/qol qeydə alınıb. Bu dəfə də qarşılıqlı qollar gözləyirəm.
“Real Sosyedad B” – “Saraqosa” QOL/QOL
“Real Sosyedad”ın ikinci komandası son iki oyunda məğlub olub. “Saraqosa” isə son iki turda 4 xal toplayıb. Bu oyun da hər iki komanda üçün formal xarakter daşıyır. Ona görə də komandaların rahat olacağı, müdafiədən çox hücumu düşünəcəyini güman edirəm.
“Şemrok Rovers” – “Şelburn” 1
Ötən tur “Şemrok”un dörd oyunluq qələbə seriyasına son qoyuldu. Amma buna baxmayaraq, komanda ən yaxın izləyicisini 7 xal qabaqlayaraq turnir cədvəlinə başçılıq edir. Bu komandalar arasında son 5 oyunun dördündə “Şemrok” qalib gəlib. Bu dəfə də meydan sahibləri favoriti hesab olunur.