Sürpriz kupon – 27.05.2022
“Derri Siti” – “Finn Harps” ÜST 2,5
Turnir cədvəlinə 2-ci yeri tutan “Derri Siti” autsayderlərdən olan “Finn Harps” qarşısında aşkar favoritdir. Çoxları bu görüşdə meydan sahiblərindən qələbə gözləsə də, sürpriz kuponda fərqli variant seçdim. “Derri Siti”son iki oyunda uduzub deyə, “Finn Harps”la matçda bütün gücünü ortaya qoyacaq. Bu səbəbdən məhsuldar oyun izləyə bilərik.
“Dublin” – “Slayqo Rovers” ÜST 2,5
“Dublin” 17 oyundan sonra 8 xalla sonuncu, 10-cu yeri tutur. Bu komandaların oyunlarıı adətən bol qollu alınır. “Dublin” – “Slayqo Rovers” duellərində son 5 oyundan dördü üst 2,5 gəlib.
“Dundalk” – “Sent Patriks” ALT 2,5
“Dundalk” turnir cədvəlində 3-cü, “Sent Patriks” 4-cü yeri tutur. “Dundalk” son 3 turda 9 xal yığıb. “Sent Patriks” isə son oyunda “Bohemians”ın qapısından 3 cavabsız top keçirib. Komandaların turnir cədvəlindəki mövqeyi onları bir qədər ehtiyatlı davranmağa sövq edə bilər. Ona görə də bu matçda çox qol gözləmirəm.