“Sivasspor” Türkiyə kubokunun qalibi oldu

“Sivasspor” Türkiyə kubokunun qalibi oldu

Bu gün Türkiyə kubokunda mövsümə yekun vurulub. Final görüşündə “Kayserispor” “Sivasspor”la qarşılaşıb.

Hesab ilk hissədə açılıb. “Kayserispor”un heyətində Ramazan Civelek fərqlənib – 1:0. “Sivasspor”un buna cavabı ikinci yarıda gəlib. Aaron Appindanqoye qol vurub – 1:1. Görüşün əsas vaxtı bu hesabla yekunlaşıb. Oyunun taleyi əlavə vaxtda həll olunub. Sivas təmsilçiləri Maks Qradelin qolu ilə önə keçib. Lakin kayserililər hesabı bərabərləşdirməyə nail olub. İlhan Parlak adını tabloya yazdırıb. Matçda son nöqtəni Musa Konate qoyub. O, vurduğu qolla “Sivasspor”u Türkiyə kubokunun qalibi edib.

Qeyd edək ki, Sivas təmsilçisi tarixində ilk dəfə çıxdığı finalda kuboku başı üzərinə qaldırmağı bacarıb.

ETOPAZ

Əvvəlki yazı

Sürpriz kupon – 27.05.2022

Növbəti yazı

“Latsio”da 2 illik müqavilə