Günün kuponu – 26.08.2022

Günün kuponu – 26.08.2022

“Frayburq” – “Bohum” ÜST 2,5
“Bohum” 3 turdan sonra Bundesliqada autsayderdir. Tomas Raysın komandası “Bayer Leverkuzen”lə birgə turnir cədvəlində 17-18-ci yerləri bölüşür.
“Bohum” ötən tur “Bayern Münhen”lə matçda qapısında 7 cavabsız qol gördü. Ümumiyyətlə, komanda 3 görüşdə 12 top buraxıb.
“Frayburq” isə 3 oyundan 6 xal toplayaraq 5-ci yeri tutur.
Bu komandalar arasında son oyunlar ÜST gəlir. Güman edirəm ki, bu dəfə də azarkeşlər məhsuldar qarşılaşma izləyə bilərlər.

“Latsio” – “İnter” QOL/QOL
“İnter” A seriyasına 2 qələbə ilə başlayıb və “Napoli”, “Roma” ilə birgə turnir cədvəlinə başçılıq edir.
“Latsio” ilk turda “Bolonya”nı məğlub etsə də, növbəti matçda “Torino”nun müqavimətini qıra bilmədi. Paytaxt klubunun “qol maşını” Çiro İmmobilenin hansı formada olmasından çox şey asılı olacaq.
“İnter”də isə yenidən Lukaku ilə Martines birləşiblər və bu komandanın hücum xəttinin qarşısını almaq çətin olacaq.
Bu komandalar arasında son 5 oyunun hamısında qol\qol qeydə alınıb.

“Qornik” – “Yagelloniya” QOL/QOL
Hər iki komanda 7 xala malikdir. Amma “Qornik” bu 7 xalı 5 oyunda, “Yagelloniya” isə altı oyunda əldə edib.
“Qornik” son iki turda qələbə qazana bilməyib.
“Yagelloniya” isə 4 oyundan sonra nəhayət ki, ötən tur qalib gələ bildi. Bu komandalar arasında son 5 oyundan dördündə qarşılıqlı qollar olub. Növbəti dueldə də hər iki tərəfin fərqlənmək imkanları ola bilər.

Elnur Məmmədli

Elnur Məmmədli 1978-ci ildə Bakı şəhərində anadan olub. Bakı Dövlət Universitetinin məzunudur. 1999-cu ildən mətbuatdadır. 1999-2001-ci illərdə "Futbol+"qəzetində reportyor kimi fəaliyyət göstərib. 2005-ci ildən televiziyada işləyir. 2005-2007-ci illərdə ANS TV-də idman xəbərlərinin aparıcısı olub. 2007-2015-ci illərdə Azərbaycan Televiziyası və İdman Azərbaycan kanalında aparıcı, şərhçi kimi çalışıb. 2005-ci ildən indiyə kimi CBC Sport-da aparıcı və şərhçi kimi fəaliyyət göstərir. Dünya və Avropa çempionatlarının, Çempionlar Liqasının, milli komandamızın seçmə mərhələdəki oyunlarını şərh edib.

Əvvəlki yazı

“Marsel”dan B Seriyasına

Növbəti yazı

Sürpriz kupon – 26.08.2022