Sürpriz kupon – 26.08.2022
“Betis” – “Osasuna” 1
Hər iki komanda yeni mövsümə əla başlayıb. Həm “Betis”, həm də “Osasuna” ilk 2 oyunlarını qələbə ilə başa vurublar. Amma “Osasuna” hər iki matçı doğma divarlar arasında keçirib.
“Betis”in heyətində Kanales, Montoya, Viktor Ruiz kimi önəmli futbolçular zədəlidir.
“Osasuna” 9 oyundur ki, “Betis” üzərində qələbə qazana bilmir. Ümumiyyətlə, “Betis” heyətinə və potensialına görə, “Osasuna”dan güclüdür.
“Horsens” – “Orhus” ALT 2,5
“Orhus” 6 oyundan sonra 13 xallla 1-3-cü yerləri bölüşdürür. Maraqlıdır ki, “Kopenhagen”, “Midtyüllan” kimi Danimarka futbolunun liderləri hələ ki zirvədən uzaq düşüblər.
“Horsens” artıq 4 turdur ki, qələbə qazana bilmir. Ona görə də meydan sahibləri “Orhus”la matça “qara zolaq”dan çıxmaq üçün bir vasitə kimi baxırlar.
“Albasete” – “Ueska” 1
“Ueska” son oyunda gərgin mübarizədə “Kartaxena”ya 2:3 hesabı ilə uduzdu.
“Albasete” isə “Luqo” üzərində qələbədən sonra “Burqos”la bərabərə qalmışdı – 0:0.
Bu komandalar arasında son matçda qalib müəyyən olunmamışdı – 2:2. “Albasete” doğma meydan amilindən istifadə edib qələbə qazana bilər.