“Çelsi” hücumçusunu satır
“Çelsi” futbolçusu Armando Broyanı satmağa qərar verib. Hücumçu London klubuna lazım deyil.
İngiltərə təmsilçisi 22 yaşlı albaniyalı üçün klub axtarır. Broya Premyer Liqa, həmçinin digər Avropa komandalarının maraq dairəsindədir.
Hazırda Broya icarə əsasında “Fulhem”də forma geyinir. O, 7 matçda 1 qol vurub.
Albaniyalının “Çelsi” ilə müqaviləsi 2028-ci ilin yayında başa çatacaq.