Günün kuponu – 10.06.2022

Günün kuponu – 10.06.2022

Avstriya – Fransa 2

Millətlər Liqasına uğursuz start verən Fransa bu oyunda xal itirsə qrupda 1-ci yer haqda xəyallarının üstündən xətt çəkəcək. Buna görə də, Didye Deşam aparıcı futbolçulara şans verəcək. Məncə, Mbappe, Benzema kimi ulduzların rəqiblərlə ustalıq fərqi nəticəyə təsir edəcək əsas məqamdı.

Azərbaycan – Slovakiya 2

Qazaxıstana sensasiyalı məğlubiyyət Slovakiyada şok effekti yaratdı. Baş məşqçi Ştefan Tarkoviç dərhal istefaya göndərildi. Adətən belə qərarlar futbolçulara müsbət təsir edir. Canni De Byazinin komandası onsuz da bu oyunun favoriti sayılmayacaqdı. Amma Qazaxıstan məğlubiyyətinin Slovakiyada yaratdığı qəzəbin bizim xeyrimizə işləməyəcəyini düşünürəm.

Andorra – Lixteynşteyn ALT 2.5

Qitənin iki “cırtdan ölkəsi”nin qarşılaşmasında çoxlu qol vurulacağı inandırıcı görünmür. Fikrimcə, ALT 2.5 bu matç üçün ən doğrum seçim olar.

Anar Şabanoğludan ən son “Günün Kuponu”

Anar Şabanoğlu

İdman jurnalistikasını izləyənlər 23 ildir Anar Şabanoğlu imzası ilə tanışdır. Anar Şəban oğlu Səid 1982-ci ildə Gədəbəy şəhərində dünyaya gəlib. Gənc yaşlarından ölkənin ən populyar idman qəzeti "Futbol+"də bu sahədə fəaliyyətinə başlayıb. "İdman", "Futbol+qol" və "Sovetskiy Sport" nəşrləri ilə əməkdaşlıq edib. Ölkəmizin əksər aparıcı qəzetləri və idman saytlarında yazıları çıxıb. CBC Sport yaranandan bu telekanalda çalışıb. "Neftçi" Peşəkar Futbol Klubunun mətbuat katibi olub. 2021-ci ildə Azərbaycanda ilin idman jurnalisti seçilib

Əvvəlki yazı

Emin Mahmudov: “Meydana rahat çıxmaq haqqımız yoxdur”

Növbəti yazı

Sürpriz kupon – 10.06.2022