Sürpriz kupon – 10.06.2022
Danimarka – Xorvatiya QOL/QOL
Danimarka qrupun lideridi və pley-offa çıxmağı təmin edib. Xorvatiya isə hətta qalib gəlsə belə B liqasına düşə bilər. Məhsuldar bir oyun keçəcəyini və hər iki komandanın qol vuracağını güman etmək olar.
Andorra – Lixteynşteyn YOX/QOL
Komandaların qol vurması ölkələrində toy-bayram kimi qarşılanır. Bu oyunda çoxları bəlkə də qolsuz bərabərlik gözləyir. Hər iki komandanın fərqlənməsi isə əsl möcüzə olar.
Moldova – Latviya YOX/QOL
Postsovet məkanının iki təmsilçisi qitədə zəiflərdən sayılır. Latviya 2004-cü ildə Avropa çempionatının final mərhələsinə yüksəlsə də, həmin istedadlı nəslin davamı gəlmədi. Komandalar xüsusi məhsuldarlığı ilə də seçilmir və bu qarşılaşmada da hər ikisinin fərqlənəcəyi, ümumiyyətlə, çox qol vurulacağı inandırıcı görünmür.