Emin Mahmudov: “Meydana rahat çıxmaq haqqımız yoxdur”

Emin Mahmudov: “Meydana rahat çıxmaq haqqımız yoxdur”

Azərbaycan millisi sabah növbəti oyununu keçirəcək. Millətlər Liqasının Slovakiya ilə ev matçı ərəfəsində təşkil olunan mətbuat konfransında yığmamızın futbolçusu Emin Mahmudov da iştirak edib. Yarımmüdafiəçi görüş barədə fikirlərini açıqlayıb:

“Bizim meydana rahat çıxmaq haqqımız yoxdur. Tam gücümüzlə mübarizə aparmalı, əlimizdən gələni etməliyik ki, qələbə qazanaq. İlk iki oyunda qalib gələ bilməmişik. Bu dəfə uğurlu nəticə üçün çalışacağıq.

Bəzən şanssızlıq olur, bəzən rəqib qapıçılar yaxşı qurtarış edir. Bəzi epizodlarda da dəqiqlik çatmır. Ya son zərbə, ya da ötürmə dəqiq olmur ki, hücumu qolla tamamlayaq”.

Emin rəqib barədə də danışıb: “Slovakiya millisinin Bakıya qalib və ya məğlub gəlməsinin heç bir əhəmiyyəti yoxdur. Onlar qələbə qazanmaq üçün yüz faizlik güclərini ortaya qoyacaqlar. Yeni baş məşqçinin rəhbərliyi altında oynayacaqlar. Ancaq biz də qələbə üçün əlimizdən gələni edəcəyik ki, onları məyus edək”.

ETOPAZ

Əvvəlki yazı

Canni de Byazi: “Futbolda hər şey baş verə bilər”

Növbəti yazı

Günün kuponu – 10.06.2022