Günün kuponu – 06.09.2022
“Sevilya” – Mançester Siti” 2
“Sevilya” yeni mövsümə çox bərbad başlayıb. Komanda La Liqada 4 oyuna cəmi 1 xal yığa bilib. Lopateginin komandası son oyunda öz meydanında “Barselona”ya böyük hesabla uduzdu – 0:3.
“Siti ” də isə işlər qaydasında. Qvardiolanın yetirmələri 14 xal toplayıb və lider “Arsenal”dan 1 xal geri qalır. “Siti” son oyunda “Aston Villa”nı məğlub edə bilsəydi, indi lider idi.
“Siti” böhranda olan “Sevilya”dan 3 xal almaqda çətinlik çəkməməlidir.
“Benfika” – “Makkabi Hayfa” 1
İsrail klubunun qrupa düşməsi belə müəyyən qədər sensasiyadır. “Makkabi” artıq başından yüksəyə tullanıb.
“Benfika” Portuqaliyada yeni mövsümə 5 oyun, 5 qələbə ilə başlayıb. Meydan sahibləri bu cütün aşkar favoritidir.
“Seltik” – “Real” 2
Çempionlar Liqasının son qalibi yeni mövsümə Şotlandiyada başlayır. Ançelottinin komandası son oyunda “Betis” üzərində çətin qələbə qazanıb – 2:1.
“Seltik” isə prinsipial rəqibi “Reyncers”i darmadağın etdi – 4:0.
“Kral klubu”nu “Seltik Park”da ağır oyun gözləyir. Amma Madrid klubunun bu səfərdə büdrəyəcəyini gözləmirəm.