Bruno hamını arxada qoydu

Bruno hamını arxada qoydu

“Mançester Yunayted”in futbolçusu Bruno Fernandeş Premyer Liqada növbəti assistinə imza atıb. Portuqaliyalı yarımmüdafiəçi “Arsenal”la ev matçında (3:1) fərqlənib.

Bu, Fernandeşin Premyer Liqada 23-cü məhsuldar ötürməsidir. Onun İngiltərədə debüt etdiyi vaxtdan indiyə qədər olan dövrdə heç kim daha çox assistə imza atmayıb.

2020-ci il fevralın 1-dən sonrakı müddətdə Məhəmməd Salah (“Liverpul”) və Kevin de Bruyne (“Mançester Siti”) hərəyə 22 dəfə qol ötürməsi verib. Harri Keyn (“Tottenhem”) 21, “Mançester Siti” və “Arsenal” forması geyinən Qabriel Jezus 18 dəfə fərqlənib.

ETOPAZ

Əvvəlki yazı

Ronaldo 7-yə çatdı

Növbəti yazı

Günün kuponu – 06.09.2022