Sürpriz kupon – 06.09.2022
“Dinamo Zaqreb” – “Çelsi” QOL/QOL
Millimizin üzvü Mahir Emrelinin şərəfini qoruduğu “Dinamo” “Maksimir” stadionunda “Çelsi” ilə üz-üzə gələcək. Həmyerlimiz son matçlarda az oynasa da, ümid edək ki, onu Çempionlar Liqası qarşılaşmasında görə biləcəyik.
Tomas Tuhelin komandası mövsümə elə də yaxşı başlamayıb. Amma “zadəganlar” son turda “Vest Hem” üzərində əzmkar qələbə qazana bildilər – 2:1. “Çelsi”də Nqolo Kantenin zədəsi davam edir, yeni transfer Obameyanqın da oynaması sual altındadır.
Zaqreb klubu son 4 görüşün hamısında qapısından top buraxıb. Yəni “Dinamo”nun müdafə xəttinin ideal olduğunu deyə bilmərik. Amma irəlidə yetərincə yaxşı oyunçular var.
PSJ – “Yuventus” ÜST 2,5
Çempionlar Liqasında gecənin əsas oyunu Parisdə olacaq. PSJ Liqa-1-də son 5 oyunda rəqiblərinin qapısından 19 top (!) keçirib. Amma bir güclü rəqib qarşıya çıxan kimi -“Monako” – Paris klubu büdrədi – 1:1.
İş orasındadır ki, indi “Yuventus” da yaxşı günlərini yaşamır. Turinlilər A seriyasında 5 turdan sonra cəmi 9 xal toplayıblar. Komanda “Fiorentina” ilə son görüşdə də qalib gələ bilmədi – 1:1. Üstəlik, Alleqrinin komandasında zədəli futbolçular da çoxdur.
Bu komandalar arasında son 5 oyunun dördü ÜST 2,5 gəlib. Bu dəfə də bol qollu, maraqlı görüş gözləyirəm.
“Zaltsburq” – “Milan” QOL/QOL
“Milan” Avstriya səfərinə əla əhval ruhiyyədə gedib. Piolinin komandası son turda derbidə “İnter”i məğlub edə bildi – 3:2.
“Zaltsburq”un heyətində həddən artıq itkilər var. Buna baxmayaraq, komanda 7 oyundan 18 xal toplayıb və Avstriya Bundesliqasına başçılıq edir.
Bu komandalar sonuncu dəfə 1994-cü ildə üz-üzə gəlmişdilər. “Milan” hər iki oyunda qələbə qazanmışdı